Nəsildən-nəslə ötürülən yerli sortlar
Bizim məqsədimiz yerli toxumları qorumaq və yaşatmaqdır. Yerli toxumlar ölkəmizin iqliminə daha uyğundur, keyfiyyətlidir və dadlıdır.
Hal-hazırda Naxçıvan və Gəncəyə aid bir sıra yerli toxumları təklif edirik. Məsələn: reyhan, şüyüd, keşniş, cəfəri, ispanaq, mərzə, vəzəri, bədrənc, sarı çiçək və yaşıl soğan.
9 növ Naxçıvan toxumu
15 növ Naxçıvan toxumu
9 növ Gəncə toxumu
Bundan başqa, bir sıra nadir toxumları da sifariş etmək mümkündür: Batabat turşəngi, tərxun, şamama, kərəviz, dağ yarpızı və s.
Qarabağlar və Naxçıvan kəndlərində qorunan ənənəvi göyərti toxumlarını dünyaya təqdim edirik.